"Fənərbağça" sabiq oyunçusu Nando De Kolonu yenidən transfer edib.
Offsideplus.az xəbər verir ki, fransalı basketbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
De Kolo son olaraq "Asvel"də çıxış edib. O, 2019-22-ci illər arasında da "Fənərbağça"nın formasını geyinib.
38 yaşlı basketbolçu Avroliqa tarixində ən çox xal atan 2-ci oyunçudur.



