NBA-də ənənəvi Milad günü oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, ötən gecə Bakı vaxtı ilə saat 21:00-dan başlayaraq ardıсıl 5 qarşılaşma oynanılıb.

İlk oyunda New York Knicks 17 xal geri düşməyinə baxmayaraq sonda qələbə qazanmağ bacarıb.

San Antonio Spurs isə ardıcıl 3-cü oyunda NBA lideri Oklahoma City Thunder'ı məğlub edib.

Günün ən maraqlı oyunu isə Denver Nuggets və Minnesota Timberwolves arasında baş tutub. Overtayma gedən oyunda 142:138 hesabı ilə Kolorado təmsilçisi qələbə qazanıb. Nikola Yokiç görüşü 56 xalal başa vurub.

Digər oyunlarda isə bu nəticələr qeydə alınıb:

New York Knicks 126-124 Cleveland Cavaliers

Oklahoma City Thunder 102-117 San Antonio Spurs

Golden State Warriors 126-116 Dallas Mavericks

Los Angeles Lakers 96-119 Houston Rockets

Denver Nuggets 142-138 Minnesota Timberwolves