Azərbaycan Basketbol Liqasında “Lənkəran” 99:95 hesabı ilə “Sumqayıt”a məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyun sonrası baş məşqçi Qeorqi Kondruseviç klubun mətbuat xidmətinə açıqlama verib:
Kondruseviç bildirib ki, sıx səfər qrafiki komandanın çıxışına təsir edib:
“Bu matçı qazana bilərdik, lakin ehtimal ki, Ordu ilə oyundan sonra yol amili özünü göstərdi. Həmin oyunu cümə günü Bakıda keçirdik, sonra Lənkərana qayıtdıq və bu gün yenidən Sumqayıta yola düşdük. Yolun təsiri matçın sonluğunda hiss olunmuş ola bilər. Boş yerdə səhvlər oldu. Bu, üzücüdür, amma komanda çalışdı, bunu görməmək mümkün deyil. Mən mübarizəyə görə basketbolçularıma təşəkkür edirəm. Hər şey komandadan asılıdır. Əgər hər oyuna bu cür yanaşsaq, qələbələr də gələcək”.



