"Anadolu Efes" basketbol klubunun yeni baş məşqçisinin Pablo Laso olacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında 1.5 illik müqavilə imzalanacaq.
Cari mövsümün sonunda hər iki tərəf sözləşməni pozmaq imkanına sahib olacaq.
Bu barədə həm İspaniya, həm də Türkiyə mətbuatı məlumat yayıb.
58 yaşlı mütəxəssis 11 il "Real Madrid" klubuna başçılıq edib. O, burada 2 dəfə Avroliqanın qalibi olub.
P. Laso son olaraq "Baskoniya" klubunu çalışdırıb.



