FIBA Çempionlar Liqasının V turu çərçivəsində Bakıda keçirilən oyunda "Nimburk" "Sabah"a 107:85 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Oren Amiel və basketbolçu Ser Cabari Rays media önünə çıxıb.
Əvvəlcə 24 xala imza atan oyunçu matçla bağlı fikirlərini bölüşüb:
"Biz çətin oynadıq. Ribaund və atışlarda çox səhvlər etdik. Rəqib komanda möhkəm oynadı".
Baş məşqçi Oren Amiel isə bu fikirləri səsləndirib:
"Əvvəlcə Kurtinaytisi və komandasını təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Bizdən daha yaxşı oynadılar. Basketbolda topu geri qazana bilmirsənsə, ribaundlarda səhvlər edirsənsə, qalib gəlmək də çətin olacaq".



