Azərbaycan Basketbol Liqasında (ABL) VIII tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 oyun baş tutacaq.
B qrupunda lider və autsayder üz-üzə gələcək. "Sərhədçi" "Ordu"nu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
"Ordu" qrupda 14 xalla liderdir. 9 xala malik "Sərhədçi" isə sonuncu yerdədir.
A qrupunda isə "Neftçi" "Gəncə"ni sınağa çəkəcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq.
"Gəncə" 8 xalla dördüncü, "Neftçi" 7 xalla beşincidir.
Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.



