"Son oyunda onlara qarşı Avropa Kubokunda uduzmuşduq. Bu da bizi bir az motivasiya etdi. Komanda daha istəkli meydana çıxdı". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Abşeron Lions"un oyunçusu Saadettin Donat "Neftçi"yə qarşı oyundan sonra keçirilən mətbuat konfransında söyləyib. O, 86:95 hesabı ilə yekunlaşan oyun barədə fikirlərini bölüşüb:

"Bu oyunda son matçımız idi. Xarakter göstərib bitirmək istədik. Hər kəs əlindən gələni etdi, yəni, JJ çox yaxşı oynadı. Komandaya hər kəs öz payını verdi. Gözəl bir oyun oldu bizim üçün, qalib gəldik, xoşbəxtəm".