Azərbaycan Basketbol Liqasında (ABL) VII tura start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Lənkəran" "Sərhədçi"ni qəbul edib.

Bölgə təmsilçisi görüşdən qələbə ilə ayrılıb - 83:78.

"Lənkəran" xalını 10-a yüksəldib. "Sərhədçi"nin isə aktivində 9 xal var.

Turun növbəti görüşləri 14,15,16 noyabr tarixlərində baş tutacaq.