"Sabah" basketbol klubu növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, ABŞ-lı Cerri Bleykz "bayquşlar"a qoşulub. Onunla iki illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2016-cı ildən peşəkar səviyyədə basketbol oynayan C. Blakez Avropa və Asiyada bir çox ölkələrdə oynayıb:

32 yaşlı basketbolçu İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya, Estoniya və Litva liqalarında çıxış edib.