Basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Evren Alkaya Avropa çempionatının seçmə mərhələsində hazırlığı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis noyabrın 12-də Bolqarıstana qarşı oyundan öncə bu sözləri deyib:
"Qarşılaşmalara ciddi hazırlaşırıq. Turnirin ən gənc komandasıyıq. Əksər oyunçularımız 18-19 yaşlarındadır. Çətin qarşılaşmalar bizi gözləyir. Hər üç rəqibimiz növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparırlar. Lakin biz də öz oyunlarımızı göstərib, meydanı ən yaxşı nəticə ilə tərk etməyi düşünürük. Rəqiblərimizi təhlil etmişik. Oyunda sona qədər mübarizə aparan, nəticə qazanmaq üçün əlindən gələni edən milli komanda görəcəksiniz".



