"Sabah" ABL-nin VI turunda "Neftçi"ni məğlub edib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis qələbədən sonra fikirlərini bölüşüb:

“Oyun intensiv, maraqlı mübarizə şəraitində keçdi. Oyunun sonlarında 3 xallıq atışlarımızın sayəsində hesabı öz xeyrimizə dəyişməyi bacardıq. Rəqibi yaxşı mübarizəyə görə təbrik edirəm. Hər iki komanda üçün avrokubok oyunu öncəsi yaxşı sınaq oldu. Komandamızın hesabda geridə olarkən nümayiş etdirdiyi xarakter, əzmi çox bəyəndim”.