Azərbaycan Basketbol Liqasında (ABL) III tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış oyununda "Lənkəran" "Naxçıvan"ı qəbul edəcək.

Görüş saat 15:00-da başlayacaq.

Günün digər oyununda "Ordu" və "Sərhədçi" qarşı-qarşıya gələcək. Bu oyun isə saat 19:00-da start götürəcək.

"Ordu" 4 xalla B qrupunun lideridir. Bir xal az toplayan "Sərhədçi", "Lənkəran" və "Naxçıvan" müvafiq olaraq 3-5-ci pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.