"Neftçi"nin basketbol komandası bu gün FIBA Avropa Kubokunda ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Polşada "Trefl"in qonağı olub.

Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb - 92:63.

Bu oyun "Neftçi"nin tarixində ilk avrokubok matçı olub.

Qeyd edək ki, "ağ-qaralar"la eyni qrupda Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" da mübarizə aparır. Onlar sabah Estoniyanın "Kalev" klubunu qəbul edəcək.

FIBA Avropa Kuboku, I qrupu, I tur

21:15 "Trefl" (Polşa) - "Neftçi" 92:63 (27:14, 20:20, 21:13, 24:16)