Basketbol üzrə Avropa Çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, A qrupunda mübarizə aparan Türkiyə yığması bu dəfə Estoniya ilə üz-üzə gəlib. Ergin Atamanın yetirmələri rəqibini 20 xal fərqlə məğlub edib - 84:64.
Görüşün ən məhsuldar oyunçusu 21 xalla çıxış edən Alperen Şengün olub.
Beləliklə, "ay-ulduzlular" yoluna itkisiz davam edir. Onlar A qrupunda liderdir:
1. Türkiyə 4 oyun 4-0
2. Serbiya 3 oyun 3-0
3. Estoniya 4 oyun 1-3
4. Latviya 3 oyun 1-2 .
5. Portuqaliya 3 oyun 1-2
6. Çexiya 3 oyun 0-3
Qeyd edək ki, turnir sentyabrın 14-nə qədər davam edəcək.



