Türkiyə yığması Avropa Çempionatında 3-cü oyunundan da qələbə ilə ayrılıb.
Offsideplus.az xəbər verir ki, Ergin Atamanın yetirmələri bu dəfə Portuqaliyanı məğlubiyyətə uğradıb.
Türklər 41 xal fərqlə rəqibini məğlub edib - 95:54.
Alperen Şengün görüşün ən məhsuldar oyunçusu olub. O, 20 xalla oynayıb.
Türkiyə bu qələbə ilə birlikdə qrupdan çıxmağı təmin edib.



