120 nəfər 13 yaşadək basketbolçulardan seçilmiş 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib.
Offsideplus.az xəbər verir ki, 22 avqustdan etibarən Zuğulba tədris idman bazasında keçirilən seçim prosesinə Azərbaycan Basketbol Federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir.
Seçim zamanı serbiyalı mütəxəssis və digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.
Qeyd edək ki, seçim mərhələsi 31 avqustda yekunlaşacaq.



