"Panatinakos" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, "yaşıllar" Rişon Holmsu heyətinə qatıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

R. Holms 10 ildir NBA-də çıxış edirdi. O, 2015-ci ildə Philadelphia 76-ers tərəfindən 2-ci tur, 37-ci sırada seçilib.

31 yaşlı basketbolçu burada 5 komandanın formasını geyinib və 489 oyuna çıxıb.