Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C divizionunun B qrupunda çıxışını başa vurub.

Offsideplus.az xəbər verir ki, yığmamız qrupun autsayderi Cəbəllütariqlə qüvvəsini sınayıb.

Basketbolçularımız çətinlik çəkmədən 69:40 (14:9; 14:15; 25:2; 16:14) hesabı ilə qalib gəliblər.

Beləliklə, milli komandamız 6 xalla (2 qələbə, 2 məğlubiyyət) qrupda 3-cü pilləni tutub və yarımfinala vəsiqə qazana bilməyib.

Yığmamız C divizionunda 5-9-cu yerlər uğrunda mübarizəyə qoşulacaq.