"Sabah" basketbol klubunun FIBA Çempionlar Liqasındakı rəqibləri məlum olub.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" cari mövsüm tarixində ilk dəfə ÇL-da mübarizə aparacaq. Onlar turnirə birbaşa qrup mərhələsindən başlayacaq.

"Sabah" bu turnirdə B qrupunda çıxış edəcək. Onlar bu qrupda "Alba Berlin" və "Nimburk" komandaları ilə üz-üzə gələcək. Azərbaycan klubunun 3-cü rəqibi təsnifat mərhələsindən sonra bəlli olacaq.

Qeyd edək ki, Çempionlar Liqası oktyabrın 7-dən etibarən start götürəcək.