Basketbol üzrə milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, uzun illərdir Rusiyanın Stavropol şəhərində yaşayan V.Hacımətov 62 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

O, Sovet dövründə, 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət almış, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış etmiş, daha sonra isə Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparmışdır. Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra Vaqif Hacımətov məşqçilik fəaliyyəti ilə də məşğul olmuşdur.