NBA-nın dördqat çempionu, "Hall of Fame" üzvü və hazırda tanınmış analitik olan Şakil O'Nil bütün dövrlərin ən böyük 10 basketbolçusunun siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Netflix"ə verdiyi müsahibədə O'Nil deyib:

“Onuncu yerə… özümü qoyardım. Amma yenə də özümü siyahıdan çıxarıb Culiyus Ervinqi əlavə edərdim. Siyahımda doqquzuncu yer Tim Dankindir. Səkkizinci yerdə Hakim Olacuvon var. Yeddinci yerdə isə Lerri Börddür. Altıncı yerə Uilt Çemberleni, beşinci yerə isə Bill Rasselli qoyuram. Dördüncü yerdə Məcik Conson yer alır. Kral Lebron Ceyms mənim üçün üçüncü yerdədir. Dincəl, Kobi Brayant – o, ikinci yerdədir. Bütün dövrlərin ən böyüyü isə mənim üçün birinci yerdə – Maykl Cordan-dır”.