Los Angeles Lakers-in ulduzu Lebron Ceyms və NBA-nın sabiq oyunçusu Stiv Naş-ın birlikdə apardığı "Mind the Game" podkastı ətrafında maraqlı hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, NBA eksperti və insayderi Brayn Vindhorst əvvəllər bu podkastın azarkeşlər arasında populyarlıq qazanmayacağına şübhə etdiyini bildirmişdi. Lakin "Mind the Game" rəsmi sosial media hesabında Vindhorstun bu açıqlamasına cavab olaraq video paylaşılaraq “Hələ işimiz bitməyib” yazıb.
Lebron Ceyms də şəxsi sosial media hesabında (hazırda paylaşım silinib) bu fikirlərə sərt cavab verib:
“Hələ heç nə bitməyib! Ən pisi budur ki, iki nəfərin – guya basketboldan başı çıxmayan adamların bu oyun haqqında danışığını dinləməyə məcbur qalırlar! Bağışla, Steve”.
Xatırladaq ki, "Mind the Game" podkastı basketbol dünyasında böyük maraq doğurur və artıq ilk epizodlardan etibarən diqqət mərkəzinə düşüb.