NBA çempionu və Los Angeles Lakers-in sabiq basketbolçusu Lamar Odom evindən çıxarılıb.
Offsideplus.az xəbər verir ki, New York Post-un məlumatına görə, sabiq idmançı Los Angeles-də yaşadığı evin aylıq icarə haqqı olan 45 min dolları ödəyə bilmədiyi üçün küçəyə atılıb.
Qeyd edək ki, Lamar Odom karyerasını başa vurduqdan sonra dəfələrlə müxtəlif asılılıqlar səbəbilə müalicə alıb və bir dəfə narkotik maddələrin təsirindən kliniki ölüm keçirib.
Odom NBA karyerası ərzində Los Angeles Lakers-lə yanaşı, Los Angeles Clippers, Miami Heat və Dallas Mavericks komandalarının da formasını geyinib. O, 2011-ci ildə liqanın ən yaxşı altıncı oyunçusu mükafatına layiq görülüb.