18 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan milli komandası iyunun 1-dən etibarən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istindən xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi ykollektiv hazırlıq prosesi çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyunu keçirəcək.

Təlim-məşq toplanışında əsas məqsəd 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Tbilisidəki hazırlığın ilk mərhələsi iyunun 12-də yekunlaşacaq.