NBA pley-off mərhələsinin Şərq Konfransının finalında 5-ci oyun keçirilib. 

Offsideplus.az xəbər verir ki, New York Knicks gecəni qələbə ilə başa vurub.

Nyu-yorklular Indiana Pacersi 111:94 hesabı ilə məğlub ediblər.

Beləliklə, New York Knicks ümumi seriyada hesabı arasındakı fərqi azaldıb - 2:3.

Qaydalara görə, ilk 4 qələbə qazanan tərəf NBA-nın finalına yüksələcək.

Tərəflər arasında növbəti görüş iyunun 1-də gerçəkləşəcək.

Qeyd edək ki, Oklahoma City Thunder artıq Qərb Konfransının qalibi kimi finala vəsiqə əldə edib. Komanda bu yolda Minnesota Timberwolvesi mübarizədən kənarlaşdırıb (4:1).