Oklahoma City Thunder 13 ildən sonra NBA-nın finalına yüksəlib.

Offsideplus.az xəbər verir ki, Oklahoma ştatının təmsilçisi Qərb Konfransının finalında Minnesota Timberwolvesi mübarizədən kənarlaşdırıb. 

Bu gecə komandalar arasında keçirilən 5-ci qarşılaşmada darmadağın qeydə alınıb - 124:94.

Beləliklə, ümumi seriyada hesabı 4:1-ə çatdıran Oklahoma City Thunder finala vəsiqə qazanıb.

Həlledici görüşdə rəqib Indiana Pacers  - New York Knicks (hələlik seriyada hesab 3:1-dir) cütünün qalibi olacaq.