Bu gün 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, 16 kollektivin mübarizə apardığı yarış "See Breeze" istirahət mərkəzində keçirilib.

Azərbaycan milli komandasının qrupdakı rəqibləri Niderland yığması və "Praqa" klubu olub.

Yığmamız 1 qələbə, 1 məğlubiyyətlə qrupda ikinci yerin sahibi qismində 1/4 finala vəsiqə qazanıb.

16:00 Azərbaycan - Niderland 13:19

17:50 Azərbaycan - "Praqa" 16:12

19:40 Niderland - "Praqa" 19:16

Qeyd edək ki, pley-off mərhələsi sabah keçiriləcək. Basketbolçularımız saat 18:15-də C qrupunun lideri Latviyanı sınağa çəkəcəklər.