"Panantiakos"un basketbolçusu Cedi Osman Avroliqa finalında favoritini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli oyunçu yarımfinalda "Fənərbağça"ya məğlub olmalarına baxmayaraq, həlledici matçda "sarı-lacivərtlər"i dəstəkləyir.
"Avroliqa finalında qəlbim "Fənərbağça"nın tərəfindədir", deyə C.Osman bildirib.
Qeyd edək ki, finala gedən yolda "Panantiakos"u mübarizədən kənarlaşdıran "Fənərbağça" basketbol klubu Avroliqada "Monako" ilə qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.