"Sabah" basketbol klubu heyətinə azərbaycanlı oyunçunu cəlb etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, basketbol üzrə Azərbaycan milli komandasının üzvü Orhan Aydın Hacıyev "Sabah" klubuna transfer oluna bilər. 

 35 yaşlı basketbolçu 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ qarşılaşmalarından sonra jurnalistlərə açıqlamasında yayılan iddialara münasibət bildirib.

O, Bakı klubu ilə danışıqların aparıldığını, bəzi məsələlərə görə yekun qərarın verilmədiyini qeyd edib.