Azərbaycanın 16 və 18 yaşadək oğlan və qızlardan ibarət basketbol üzrə milli komandalarının məşqçi heyətləri açıqlanıb.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmalara yeni təyinatlar var.

Milli komandalarımız bu ilin iyul və avqustunda keçiriləcək Avropa çempionatın hazırlıqlarına aşağıdakı çalışdırıcıların rəhbərliyi altında hazırlaşırlar:

U-18 oğlan yığması: baş məşqçi Anar Sarıyev, köməkçi Polad Həsənov

Onlar ən son Avropa çempionatı U-18-in (2024) "C" divizionunda çempionluq qazanıblar.

U-18 qız yığması: baş məşqçi Evren Alkaya, köməkçi Aygün Eynullayeva

Bu məşqçilər ən son qitə çempionatı U-16-nın (2024) "C" divizionunda qızıl və U-18-in (2024) "C" divizionunda gümüş mükafatın sahibi olublar.

U-16 oğlan yığması: yeni baş məşqçi türkiyəli Erhan Toker, köməkçilər Anar Hacıyev və Rüstəm Əliyev

"Abşeron" klubunda uğurlu mövsüm keçirmiş E.Toker 2014-cü ildə Avropa çempionatı U-20-nin "A" divizionunda Türkiyə yığmasını çempion edib

U-16 qız yığması: yeni baş məşqçi türkiyəli Ferhat Akcan, köməkçi Aygün Eynullayeva

F.Akcan daha öncə Türkiyənin "Ormanspor" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.