NBA-də Konfrans finalları oynanılır.
Offsideplus.az xəbər verir ki, Oklahoma City Thunder və Minnesota Timberwolves arasında 2-ci matç keçirilib. OKC bu dəfə də rəqibinə aman verməyib - 118:103.
Shai Gilgeous-Alexander qarşılaşmanın ən məhsuldar oyunçusu olub - 38 xal.
Tərəflər arasında 3-cü matç sabah gecə keçiriləcək.
NBA, Konfrans Finalı
Oklahoma City Thunder - Minnesota 2:0
Qeyd edək ki, 4 qələbəyə ilk çatan komanda NBA finalına yüksələcək.