NBA pley-offs yarımfinalında bu gecə 1 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, Şərq Konfransının finalında New York City Indiana Pacerslə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 125:125 hesabı ilə başa çatıb.
Overtaymda daha üstün olan Indiana Pacers seriyada birinci qələbəsini qazanıb - 138:135.
Qaydalara görə, ən tez 4 qalibiyyətə nail olan komanda NBA-nın finalına yüksələcək.
Digər yarımfinal cütündə Oklahoma City Thunder Minnesota Timberwolvesi seriyada 1:0 hesabı ilə üstələyir.



