NBA tarixində ilk dəfə ardıcıl 7-ci ildə 7-ci yeni çempion olacaq.
Offsideplus.az xəbər verir ki, Konfrans finallarına (NBA pley-offlarının yarımfinalı) Indiana Pacers, Minnesota Timberwolves, Oklahoma City Thunder və New York Knicks yüksəlib.
İlk 3 kollektiv ümumiyyətlə, heç vaxt çempion tituluna yiyələnməyib. New York Knicks isə axırıncı dəfə 1973-cü ildə NBA-nın ən güclüsü olub.
Qeyd edək ki, 2019-cu ildən bəri NBA-da çempion hər il dəyişir. Bu müddət ərzində baş mükafata ardıcıllıqla Toronto Raptors, Los Angeles Lakers, Milwaukee Bucks, Golden State Warriors, Denver Nuggets və Boston Celtics sahib çıxıb.