Bəhreynin paytaxtı Manamada Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyasının (FIBA) Mid-Term Congress 2025 adlı tədbiri keçirilir.
Offsideplus.az xəbər verir ki, konqresə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da qatılıb.
Tədbirdə ümumilikdə 160-dan milli federasiyanın nümayəndələri iştirak edirlər.
Konqres zamanı FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur. Basketbolun qlobal inkişafı naminə müzakirə olunan bu trendlər gələcəkdə yeni imkanlar üçün qapılar aça bilər.