"Hər iki tərəf oyuna tam hazır deyildi. Rəqib son 9 gündə dördüncü qarşılaşmasına çıxırdı. Bizim isə fasilədən sonra ilk oyunumuz idi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin "Sərhədçi"yə qarşı keçirilən oyunundan (90:64) sonra deyib. 

Litvalı çalışdırıcı komandasının qələbə qazanmasına "Sərhədçi"nin fiziki durumunun böyük təsir göstərdiyini vurğulayıb: "Yorğunluq səbəbindən rəqib sonuncu periodda problem yaşadı. Biz isə əksinə qarşılaşmanın əvvəlində özümüzə bənzəmirdik. Buna baxmayaraq, gedişatı dəyişməyi bacardıq və basketbolçularımız yenidən oyun ritminə qayıtdılar".

Qeyd edək ki, 3-cü periodda 55:60 hesabı ilə uduzan "Sabah" axırıncı 10 dəqiqədə 35 xal toplayıb və "Sərhədçi"yə cəmi 4 xal yığmağa imkan verib.