Amerikalı basketbolçu Antonio Uilyams gözlənilmədən Azərbaycanı tərk edib.

Offsideplus.az xəbər verir ki, “Sərhədçi” klubunun şərəfini qoruyan legioner mövsümün başa çatmasını gözləməyib.

O, ailə məsələlərini səbəb göstərərək komandadan ayrılıb.

Uilyams Azərbaycan Basketbol Liqasının pley-off (1/4 final) mərhələsinə vəsiqə qazanan "Sərhədçi"ni yarı yolda qoyub.