Azərbaycan Basketbol Liqasının pley-off (1/4 final) mərhələsində bu gün daha iki oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qaydalara görə, 2 qələbəyə ən tez çatan tərəf yarımfinala vəsiqə qazanacaq.

Pley-off mərhələsi dünən "Şəki" - "Gəncə" (85:84) görüşü ilə start götürüb.

18 aprel 2025 (cümə)

18:00 “Neftçi” - “Ordu” 93:84 (19:24; 16:21; 38:18; 19:21)

Bakı İdman Sarayı

21:00 “Sabah” - “Sərhədçi” 90:64 (16:21; 24:18; 15:21; 35:4)

Bakı İdman Sarayı