"Qalatasaray"ın sabiq basketbolçusu Okben Ulubayın qadağan olunmuş maddədən istifadə etdiyi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, hazırda "Trabzonspor"da çıxış edən 28 yaşlı basketbolçu barədə yekun qərar gələn həftənin ikinci günü veriləcək. O, komandasının bugünkü "Ormanspor"la oyununda iştirak edə bilməyəcək.
Onun uzunmüddətli cəza alacağı gözlənilir.
Türkiyənin istedadlı basketbolçularından hesab olunan Okben karyerasına "Anadolu Efes"də başlayıb. O, daha sonra hərəsində bir mövsüm olmaqla "Qalatasaray" və "Beşiktaş"da çıxış edib.
Türkiyə millisinin heyətində aşağı yaş qruplarında 3 dəfə Avropa çempionu olub. O, 2012-ci ildə keçirilən 16 yaşlılar arasında Avropa Çempionatının ən dəyərli oyunçusu seçilib.