Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.

Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.

O, qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.