Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda mübarizəni erkən dayandırıb.

Offsideplus.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçisi olduğu komanda 1/16 final mərhələsinin cavab matçında Almaniyada “Zul” kollektivinə 0:3 (15:25, 17:25, 9:25) hesabı ilə uduzub.

“Azerreyl” ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı – 1:3.

Xatırladaq ki, daha əvvəl kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış Kuboku ilə vidalaşıb.