Təcrübəli oyunçu Kris Pol NBA-də son mövsümündə "Klipers"in heyətində çıxış etdikdən sonra klub tərəfindən kənarlaşdırılıb və müqaviləsinə xitam verilib.
Offsideplus.az xəbər verir ki, bu qərar onun karyerasını vaxtından əvvəl başa vurmasına səbəb olub.
K Pol bu barədə danışarkən klubun addımını karyerası ərzində rastlaşdığı ən hörmətsiz davranışlardan biri kimi qiymətləndirib:
"Maraqlı vəziyyət idi. Karyeram boyu müxtəlif qəribə hadisələrlə qarşılaşmışam. Həyat yoldaşım və böyümüş övladlarım basketbol həyatımda daim yanımda olublar və komandada baş verənləri yaxşı anlayırdılar. Təbii ki, çox məyus oldum. Amma ailəm və yaxın çevrəm üçün bu, komandaya münasibətimizi daha da dəyişdi. Orada hər şeyin necə işlədiyini gördük. Bu, bir daha göstərdi ki, kim olursan ol, nə qədər uğur qazansan da, heç kimə fərqi yoxdur".


