Viktor Vembanyamanın möhtəşəm oyunu "San Antonio Spörs"ə NBA-də Qərb konfransının final seriyasının ilk matçında qələbə qazandırıb.

Offsideplus.az xəbər verir ki, Şey Qilces-Aleksandr ilə dueldən qalib ayrılan fransalı ulduz komandasını "Oklahoma Siti Tander" üzərində iki overtaym sonunda 122:115 hesablı qələbəyə daşıyıb.

Görüşü 41 xal və 24 ribaundla tamamlayan 22 yaşlı Vembanyama, matçı ikinci əlavə vaxta aparan dəqiq üç xallıq zərbəyə imza atıb, həmçinin son overtaymda komandasının 14 xalından 9-unu təkbaşına qazanıb.

Bu nəticə ilə son çempion "Tander" cari pley-off mərhələsində ilk məğlubiyyətini alıb.