Qadınlardan ibarət "Neftçi SOCAR" 3x3 basketbol komandası Maniladakı Dünya Seriyasında yarımfinalda mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu mərhələdə ABŞ yığması ilə üz-üzə gəlib və məğlub olub - 16:21.
Qeyd edək ki, qrup mərhələsində Polşa (22:14) və Çini (19:17) məğlub edən Ratomir Deliçin yetirmələri Monqolustanı məğlub edərək (21:11) yarımfinala yüksəlmişdi.


