Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi yekunlaşıb..

Offsideplus.az xəbər verir ki, əvvəlcə "Gəncə" və "Neftçi" komandaları parketə çıxıb.

Bu görüşdə bölgə təmsilçisi rəqibini məğlub edib - 95:92.

"Abşeron Lions" - "Şəki" qarşılaşmasında isə ikincilər 93:85 hesabı ilə qələbə qazanıb

Beləliklə, bütün yarımfinalçılar müəyyənləşib.

Yarımfinal matçları sabah baş tutacaq:

18:00 "Ordu" - "Sabah"

21:00 "Gəncə" - "Şəki"