"Lənkərana gəlməyimiz çox çətin oldu".

Offsideplus.az xəbər verir ki, bunu "Lənkəran"la matçdan sonra "Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev söyləyib.

"3 saatlıq yolu 6 saata gəldik. Hava şəraitinə görə bu problemlə üzləşdik. Bir az yorğun idik. Buna baxmayaraq uşaqlar yaxşı toparlandılar.

Müdafiədə səhvlər etdik. Amma buna baxmayaraq qələbə qazandıq. Komandamı təbrik edirəm və oyunçularıma təşəkkür edirəm. Bir az vaxtımız olacaq, çünki kubok matçları baş tutacaq. Bu ərəfədə məşq edib toparlanmağa daha çox vaxtımız olacaq”.

Qeyd edək ki, "Lənkəran" Azərbaycan Basketbol Liqasının XVII turunun açılış matçında səfərdə "Lənkəran"ı 83:69 hesabı ilə məğlub edib.