Alperen Şengün karyerasında ikinci dəfə NBA "All-Star" heyətinə daxil edilib.

Offsideplus.az xəbər verir ki, 2026-cı ilin ulduzlar həftəsi üçün açıqlanan siyahıda gənc mərkəz oyunçusunun adı ehtiyat oyunçular arasında yer alıb.

Houston Rockets komandasının əsas üzvlərində olan Alperen ardıcıl ikinci dəfə bu uğura imza atıb.

O, zədələnən Şey-Qilces Aleksandrı əvəz edəcək.

Qeyd edək ki, bu mövsümkü NBA "All-Star" oyunu fevralın 15-də baş tutacaq.