"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" üzərindəki qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis klubun mətbuat xidmətinə bunları deyib:
"Oyuna bir qədər ehtiyatsız başladıq. Lakin sonradan gedişatı öz lehimizə dəyişməyi bacardıq.
Ümumi götürsək oyuna nəzarət bizdə idi. Bəzi epizodlarda oyunçularımızın verdiyi qərarlardan razı qalmadım. Lakin əzmkarlıq və müdafiədə oyunu bəyəndim. Xüsusilə ilə dördüncü periodda oyunumuz yaxşı alındı. Düşünürəm ki, layiqli qələbə qazandıq".
Qeyd edək ki, "Sabah" 31 xalla A qrupunun lideridir.


