Azərbaycan Basketbol Liqasında (ABL) XVI tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşması Şəkidə baş tutacaq.
Yerli komanda "Abşeron Lions"u qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.
Turun bağlanış matçı isə "Neftçi" və "Sabah" arasında olacaq.
Bu oyun isə saat 18:00-da start götürəcək.


