"Gəncə" Azərbaycan Basketbol Liqasının XVI turunda NTD-ni 104:85 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra bölgə təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bildirib:

"Yaxşı oynadığımızı düşünürəm. Oyunda hamıya şans verdik, qələbədə payları oldu. Çox sevincliyəm. Rotasiya edib hesabı bölüşdürdük. Carvis Qarreti zədəyə görə oynada bilmədik. Ona baxmayaraq rəqibə qarşı belə oynamağımız məni xoşbəxt etdi.

NTD klubuna növbəti oyunlarda uğurlar arzulayıram. Azərbaycanın ən köklü klublarındandır, klub rəhbərliyi, texniki heyəti kifayət qədər təcrübəlidir. Baş məşqçilərinə hörmətlə yanaşıram, Azərbaycan basketbolu üçün önəmli fiqurdur".

Qeyd edək ki, "Gəncə" 16 turdan sonra ABL-də 24 xalla A qrupunda 3-cü yerdədir.