"Gəncə" basketbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Offsideplus.az xəbər verir ki, Zaur Məmmədov baş məşqçi Halil Atlının köməkçisi olacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, komandadan ayrılan Yusif Aydileki əvəz edəcək.

Z. Məmmədov son iki ildə klubun aşağı yaş qruplarından ibarət komandalarında çalışıb.